Əhməd Əhmədzadə - HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Əhməd Əhmədzadə - HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN....... Şər və Böhtan yazanlara tutarlı cavab - Əhməd Əhmədzadə haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır! İt hürər, karvan keçər

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Əhməd Əhmədzadədə, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Əhməd Əhmədzadənin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


Əhməd Əhmədzadə - Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etdi. Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Paşinyanın növbəti görüşü keçirildi. Ekspertlər görüşün çətin keçəcəyi ilə bağlı əvvəlcədən müxtəlif proqnozlar verirdilər.

Rusiya və Ermənistan rəsmilərinin görüş qabağı bütün bəyanatlarına, Ermənistanın təxribat və pozuculuq cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Keçmiş münaqişənin iki il bundan əvvəl həll olunduğunu açıq və qəti şəkildə ifadə etdi.

Əhməd Əhmədzadə - HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......


Heç şübhəsiz ki, görüş ərəfəsində Paşinyanın və Qarabağ separatçılarının başçılarının verdiyi açıqlamalar, təşkil etdikləri mitinq təsadüfi deyildi. Onlar bu addımlarla müəyyən mesajlar verərək Azərbaycana təsir edəcəklərini düşünürdülər.

Qeyd etmək lazımdır ki, Paşinyanın bütün təxribat və cəhdlərinə baxmayaraq Soçi görüşündə imzalanan yekun bəyanatda Qarabağla bağlı Ermənistanın istədiyi formada heç bir bənd öz əksini tapmadı. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan bəhs olunmadı. Bu isə öz növbəsində Qarabağla bağlı bütün məsələlərin Azərbaycanın daxili işi olduğu anlamına gəlir.

Ermənistan eləcə də Qarabağdakı separatçılar anlamalıdırlar ki, bütün təzyiq və təxribat cəhdlərinə baxmayaraq Azərbaycan Qarabağla bağlı niyyət və məqsədindən bir addım da geri dönməyəcək.

Ermənistan vaxt itirmədən konstruktiv mövqe nümayiş etdirməli, 9-10 Noyabr razılaşmasına əməl etməli, öz qeyri-qanuni hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasını təmin etməli, bölgəyə sülhün gəlməsinə mane olmamalıdır.

Oxşar xəbərlər