Prezidentin Qırğızıstana səfəri başlayıb

Prezidentin Qırğızıstana səfəri başlayıb Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qırğız Respublikasına dövlət səfəri başlayıb.

Qırğızıstan mətbuatı xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsi “Manas” Beynəlxalq Hava Limanına enib.

Hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Prezidenti Sadır Japarov qarşılayıb.

Dövlət səfəri çərçivəsində dövlət başçıları ikitərəfli danışıqlar aparacaq və Dövlətlərarası Şuranın I iclasında iştirak edəcəklər.

Bundan əlavə, dövlət səfəri çərçivəsində “Qırğızıstan-Azərbaycan Dostluğu” parkının, o cümlədən Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı nəzərdə tutulub.

Oxşar xəbərlər