Avropa İttifaqı ölkələri əsas ticarət tərəfdaşı kimi

Avropa İttifaqı ölkələri əsas ticarət tərəfdaşı kimi
Müasir tarixi dönəmdə beynəlxalq münasibətlər güc tarazlığı deyilən bir amilə söykənir. Yəni istər böyük dövlətlər,istərsə də kiçik ölkələr öz xarici siyasət doktrinasında güc tarazlığını göz önünə almalıdırlar.
Güc tarazlığının həlledici qollarından biri isə Avropa-bu qoca qitədir.İki dünya müharibəsini öz bətnində “əridən” Avropa.O,bu gün yenə söz sahibidir.Elm,texnologiya,yüksək səviyyəli intellektin cəmləşdiyi Avropa bu gün dünya şahmat taxtasında ən gözlənilməz gedişlərin gözlənildiyi oyunçudur.Dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa İttifaqı və ya Avropa İqtisadi Birliyi öz reputasiyasına uyğun olan ölklərlə daim əməkdaşlıq edir.
Milli maraqlara xidmət edən Azərbaycan dövləti ilə əməkdaşlıq bütövlükdə Avropa İttifaqının,eləcə də bu quruma daxil olan ayrı-ayrı ölkələrin siyasi və iqtisadi münasibətlərinin prioritet istiqamətlərindəndir.Hələ ötən əsrin sonlarından Avropa ilə getdikcə daha möhkəm bağlanan əlaqələrimiz müasir dövrdə qaçılmaz zərurətə çevrilmişdir.
Azərbaycan Aİ ilə çoxtərəfli əməkdaşlıq edir və bu Avropa üçün indiki günlərdə daha çox əhəmiyyət kəsb edir.Necə sonuclanacağı heç kəsə məlum olmayan Rusiya-Ukrayna müharibəsi qitə ölklərini çətin sınaq qarçısında qoymuşdur.Belə ki,vuruşan tərəflərin hər ikisi zəngin enerji resurslarına və ərzaq ehtiyatlarına malikdirlər.Bu müharibədir və onun qanunları amansızdır.Minlərlə,on minlərlə insan tələfatı,üstəgəl milyardlarla ölçülən maddi sərvətlərin tükənməsi...
Avropa qitəsinin mavi yanacağa olan tələbatının təxminən 47%-i,neft balansının isə ¼-i şimal qonşumuzun karbohidrogen ehtiyatları hesabına ödənilirdi.Qərblə qarşıdurma gedişində tətbiq edilən qarşılıqlı sanksiyalar vəziyyətin daha ciddi palitrasını tam soyuqqanlıqla bizə anladır;Avropa soyuq qışa hazırlaşır.Və artıq nə Rusiyanın,nə də Qərbin geriyə addım atacağını düşünmək olar.
Məhz buna görə də qoca qitəni öz enerji təhlükəsizliyini təmin etmək düşüncəsi bir an rahat buraxmır. İndiyədək Avropaya əsasən neft və neft məhsulları ixrac edən Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və müqavilə öhdəliklərini heç vaxt pozmayıb. İndi isə respublikamız “qoca qitə” üçün həm də alternativ “mavi yanacaq” mənbəyi qismində çıxış edir. Azərbaycan çox böyük səylər göstərməklə, qətiyyətli siyasi iradə nümayiş etdirməklə Xəzərdən Türkiyədən keçməklə Avropayadək uzanan Cənub Qaz Dəhlizinin inşasının tamamlanmasına nail oldu. Bir vaxtlar “qoca qitə”nin özündə müəyyən skeptik yanaşmalarla qarşılanan bu layihə indi bir növ xilaskarlıq rəmzinə çevrilib. Dörd mühüm seqmentdən ibarət olan yeni nəql marşrutunun inşası 2020-ci ilin sonlarında tamamlandı. Həmin vaxtdan etibarən Azərbaycan Avropaya 11 milyard kubmetrdən çox “mavi yanacaq” ixrac edib. Ötən il 43.9 milyard kubmetr qaz hasil edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Bu isə yeni ixrac həcmləri deməkdir. 2022-ci ilin ilk rübündə respublikamızda 11,8 milyard kubmetr təbii qaz hasil edilib. Bəhs olunan dövrdə xaricə qaz satışı 5,9 milyard kubmetr təşkil edib. O cümlədən Türkiyəyə 2,2, Avropaya 2,6, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixracı həyata keçirilib. Bütövlükdə, bu ilin birinci rübündə Azərbaycanın mavi qaz hasilatı 12.0, ixracı 15.3 faiz çoxalıb. Avropaya qaz ixracı isə 2.4 dəfə artıb.
Təkcə neft və qaz ixracı deyil,qeyri-neft məhsullarının ixracı sahəsində də Aİ ilə tərəfdaşlıq sahəsində ciddi uğurlar əldə edilmişdir.Təkcə onu qeyd edək ki,202-ci ildə covid pandemiyası ilə bağlı kəskin azalmadan sonra 2021-ci ildə 70% artımla başlayan qarşılıqlı ticarət dövriyyəsi 15,4 milyard dollara yüksəlmişdir.Avropa ilə qurulan belə səmərəli bazar əslində ölkənin xarici ticarətinin 44%-ini təşkil edir.Əhalisinin alıcılıq qabiliyyətinin yüksək dəyərləndirildiyi Avropa bizim üçün az qala yarım milyard istehlakçı deməkdir.
Ölkəmizə idxal olunan Avropa mallarının böyük əksəriyyətində əsas pay İtaliya,Almaniya,Fransa,Rumıniya və Polşaya məxsusdur.Respublikamızın hüdudlarını aşan vətən sənayesi malları və ərzaq məhsullarımızın başlıca alıcıları isə İtaliya,Xorvatiya,Almaniya,Portuqaliya və İspaniyadır.
Biznes sahəsində əməkdaşlıq xeyli uğurla davam edir.Ölkəmiz ərazisində Avropa İttifaqının 700-dən çox şirkəti azad sahibkarlıq qanunları çərçivəsində fəaliyyət göstərir.Avropalı tərəfdaşlarımız ölkə iqtisadiyyatına 20 milyard dollardan artıq məbləğdə yatırım etmişlər.
Vətən müharibəsində əldə etdiyimiz cahanşümül qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində də Aİ ilə əməkdaşlığımız inamlı rəqəmlərlə ifadə olunur.Belə ki,Aİ ölkələrindən olan şirkətlər bu məqsədlə 2 milyard dollar xərcləməyə hazır olduqlayını ifadə etmiş,eyni zamanda flaqman layihələrlə öz baxışlarını bildirmişlər.Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Biznes mühiti” layihəsinin sorğusunda iştirak edən avropalı iş adamlarının əksəriyyəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna investisiyalar yatırmağa israrlı olduqlarını bəyan etmişlər.
Bu günlərdə dövlət başçısının Praqada rəsmi görüşdə söylədiyi fikirlər isə real faktlara söykənir:” Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Həmçinin enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək, yəni, biz bu qədər itkilərlə üzləşməyəcəyik. Ona görə bu gün mümkün olan qaz ixrac potensialımızı təsəvvür etmək bir qədər çətindir, çünki daha da çox ola bilər. Biz, əlbəttə ki, çox təvazökarcasına bu rəqəmləri səsləndiririk. O rəqəmləri səsləndiririk ki, onların həyata keçməsinə tam əminik. Amma əminəm ki, daha çox olacaq. Bizim həm qazımız, həm neftimiz, eyni zamanda, elektrik enerjimiz də Avropa qitəsinə ixrac ediləcəkdir. Buna nail olmaq üçün indi konkret proqramlar işlənib hazırlanır, bəlkə də bu haqda danışmaq bir qədər tezdir. Amma ümid edirəm ki, yaxın 6-7 ay ərzində bu sahədə də çox ciddi irəliləyiş olacaq. Ona görə Azərbaycan Avropa üçün və təkcə Avropa üçün yox, dünya üçün çox önəmli, strateji enerji tərəfdaşı olacaqdır.”
...Və Vətənimiz üçün daha xeyirli sabahlar görünür.

Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin
direktoru Təhmasib Məmiyev

Oxşar xəbərlər