
“Bu barədə “Zəfər” şəhid ailələrinə dəstək İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, A.Axundzadə Türkiyə Bursları Vəqfinin təqaüdünü də qazanıb.
Qeyd edək ki, Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundov 2020-ci ilin oktyabrın 2-də Talış istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

