
Bu barədə “Ria Novosti” məlumat yayıb.
“Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, perspektivli böyük ikitərəfli layihələr irəliləyir və inkişaf edir. Digər mühüm məsələ bizim baxış sahəmizlə bağlıdır - Qarabağ probleminin həlli…” - Putin bildirib.
Bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırlayan Putin İlham Əliyevdən Ərdoğana böyük salamlar gətirdiyini deyib.
“Bizim çox böyük gündəmimiz var”, - Putin söyləyib.
Putin qeyd edib ki, heç nəyə baxmayaraq, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi artır və çox əhəmiyyətli templə inkişaf edir.