
Bu fikirləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında səsləndirib.
“Dövlət büdcəsinin gəlirləri proqnozdan 1,2 milyard manat və ya 10,8% daha çox yerinə yetirilib. Dövlət büdcəsinin xərcləri isə proqnozdan 70 milyon manat daha çox icra edilib.
Bütün sadalananlar 2022-ci il üçün dövlət büdcəsində dəyişikliklərin olmasını zəruri edib. Təqdim edilmiş layihəyə əsasən 2022-ci il üçün dövlət büdcəsinin gəlirlərinin 2 milyard 381 milyon, xərclərinin isə 2 milyard 424 milyon manat artırılması təklif olunur”, - deyə deputat əlavə edib.