DAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUB

DAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUB İyunun 15-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon bayram tədbiri böyük təntənə ilə keçirilib.

Əvvəlcə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon prokuroru Şahin İmanov, polis şöbəsinin rəisi Seymur Əfəndiyev, DTX-nın rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilatlar və rayon ictimaiyyətinin nümayəndələri, rayonun YAP fəalları Daşkəsən şəhərinin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himnimizin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin yad edilməsi ilə başlanan bayram tədbirini Əhəd Abıyev giriş nitqi ilə açıb. O, çıxışında deyib:

- 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla hər birinizi təbrik edir, müstəqil Azərbaycanın memarı Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edən, ölkəmizi qələbələrdən qələbəyə aparan doğma Azərbaycanımızda sizlərə ailə səadəti, xoşbəxtlik, möhkəm cansağlığı və xoş arzularımı bildirirəm!

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi iradənin reallaşdığı tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə olmaqla dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Bildiyiniz kimi, 1991-ci il oktyabrın 18-də Azərbaycan 20-ci əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə biləcək qüdrətli bir lider yox idi. Həmin dövrdə Azərbaycan ərazilərinin davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin günbəgün ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir bir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün Azərbaycan xalqının ürəyinin səsi idi.

1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən müasir Azərbaycan cəmiyyətinin qurulmasında həlledici rol oynadı.

Ölkəmizin ali qanunvericilik orqanı olan Milli Məclis xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirmişdir. Milli Məclisin 1997-ci il 27 iyun tarixli həmin qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".

Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və müasir tariximizdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etmiş, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir. Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə hər bir kəsi heyrətə gətirir.

Ulu öndər Heydər Əliyevin vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim irəliyə aparacaqdır!

Biz, Daşkəsənlilər hər zaman ümummilli liderimiz Heydər Əliyevin siyasətinə sədaqət nümayiş etdirmiş, milyonlarla həmvətənlimiz kimi arzu və istəklərimizin təminatçısı olaraq ölkəmizin inkişafını, rifahını bu dahi şəxsiyyətin əzəmətində görmüşük.

2020-ci il tariximizə Zəfər ili kimi yazıldı. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə fədakar, vətənpərvər əsgər və zabitlərimiz 30 ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gündə azad etdi. Bu gün hər birimiz qalib bir ölkənin vətəndaşı olaraq fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların əsasında məhz Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası və qüdrətli ordumuz dayanır. Bütün həyatını xalqımızın tərəqqisi və inkişafına həsr etmiş Ulu Öndərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Mən Ulu öndərin siyasi kursunun məktəbini keçən, yaradıb qurduğu Yeni Azərbaycan Partiyasının şinelindən çıxan siyasi xadim, icra hakimiyyətinin başçısı kimi sizləri bir daha da 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Ulu öndərimizin siyasətini, ideyaları yaşadan və daim qalib gələn Heydər Əliyev siyasi kursunun varisi dövlət başçımız Prezident cənab İlham Əliyevə eşq olsun!

Yaşasın Müstəqil Azərbaycan!

Qarabağ Azərbaycandır!

Daha sonra rayonun incəsənət xadimləri bayram konserti ilə çıxış ediblər. Konsert proqramında təqdim olunan Ulu Öndərə həsr edilmiş musiqisi nümunələri, vətənpərvərlik mahnıları əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Sonda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə iştirak edən şəhid valideynlərinə və qazilərə xüsusi təşəkkürünü bildirib.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜ BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİK BİR GÜN KİMİ QEYD OLUNUB

Oxşar xəbərlər