Ukraynadan cəbhədəki son vəziyyətlə bağlı açıqlama: parad hazırlığı...

Ukraynadan cəbhədəki son vəziyyətlə bağlı açıqlama: parad hazırlığı... Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədə 9 may 06:00-dək olan vəziyyəti açıqlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, məlumatda deyilir:

"Rusiya düşməni Donetsk və Luqansk vilayətləri ərazisinə tam nəzarət etmək və bu ərazilərlə işğal olunmuş Krım arasında quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmır.
Rus işğalçılarının ən böyük fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.
Volın, Polissya və Siverski istiqamətlərində rus düşməninin hücum qruplarından əsər-əlamət qalmayıb.

Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin irəliləməsinin qarşısını almaq üçün rus düşməni Belqorod vilayətində Rusiya Federasiyasının ərazisində on doqquz batalyon taktiki qrupunu cəmləşdirib.
Rus düşməni Cənubi Buq bölgəsində aktiv döyüş əməliyyatları aparmayıb.Burada əsas diqqət mövcud artilleriyadan, o cümlədən çoxsaylı reaktiv yaylım atəşindən istifadə etməklə Ukrayna qoşunlarının bölmələrinin mövqelərinin atəşə tutulmasına yönəlib.

Zaporojjya vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerli əhalinin şəxsi sənədlərinin üzrlü səbəb olmadan götürülməsi halları qeyd edilib ki, onların geri qaytarılması xalqın Qələbə Günü münasibətilə təntənəli tədbirlərdə iştirak edəcəyi təqdirdə həyata keçiriləcək.
Müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisində rus düşməni təntənəli paradlara fəal şəkildə hazırlaşıb.

Moldova Respublikasının Dnestryanı regionunda vəziyyət dəyişməyib. Rusiya qoşunlarının yerli silahlı birləşmələri və əməliyyat qrupunun bölmələri "tam" döyüş hazırlığında olmaqda davam edir.

Ötən gün Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri altı Orlan-10 pilotsuz uçuş aparatı, bir Forpost PUA və üç qanadlı raket də daxil olmaqla, rus işğalçılarının on hava hədəfini vurub.

Donetsk və Luqansk vilayətlərində Ukrayna müdafiəçiləri düşmənin 6 hücumunu uğurla dəf edib, 20 tankı, bir artilleriya sistemini, 28 ədəd zirehli döyüş maşını, bir xüsusi zirehli maşını və 5 ədəd düşmən texnikasını məhv ediblər".

Oxşar xəbərlər