3 Saylı Şəhər Klinik Xəstəxanası, Cərahiyyə şöbəsinin Böyük tibb bacısı vəzifəsində çalışır. Mehriban və qayğıkeş olmaqla bərabər, öz vəzifəsini ləyaqətlə icra edir. Həyata həmişə nikbin baxır və həyatı yaşayır Bənövşə xanım. İnsanları da özü kimi şən və mehriban olmağa səsləyir. 3 Saylı Şəhər Klinik Xəstəxanasında elə bir insan yoxdur ki, Bənövşə xanımı tanımasın. Sadə insanların qəlbində yer alıb, istəklisinə və sevimlisnə çevrilib baş tibb bacısı. Çünki o, insani məhəbbəti öz halal zəhməti, xeyirxahlığı və sənətinə olan məhəbbəti, bir sözlə, özünəinamı ilə qazanıb. Bu gün elə bu sevgi ilə də o, yorulmaq bilmədən səhiyyəmizdə çalışır. Ümidsiz xəstələrin qəlbində həmişə inam, şəfa işığı yaratmağa çalışır Bənövşə xanım.
3 Saylı Şəhər Klinik Xəstəxanası, Cərahiyyə şöbəsinin Böyük tibb bacısı Bənövşə Abbasova Camal qızı