Ziyəddin Quliyev: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir

Ziyəddin Quliyev: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir Bakıdakı 220 kV-luq yarımstansiyaların sayı 7-yə çatdırılır

Ziyəddin Quliyev: Xalq-iqtidar birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir


Bakı şəhərində sistem əhəmiyyətli 220 kilovoltluq yarımstansiya tikilir. Bununla da, Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV-luq yarımstansiyaların sayı yeddiyə çatdırılır. Belə ki, 1932-ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110/35/6 kV-luq “Qala” yarımstansiyası sökülüb, gərginlik sinfi 220/110/35/6 kilovoltluq gərginlik sinfinə keçirilərək yenidən inşa edilir. “Azərenerji”nin balansında olan yarımstansiyada yeni 220 kilovoltluq gərginlik sinfi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulur. Yarımstansiyanın ümumi gücü 150 meqavolt amperdən 550 meqavolt amperə qaldırılır. Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilir.

“Azərenerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, burada yerli SCADA, əks-qəza, mühafizə-avtomatika, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunmuş idarəetmə sistemləri yaradılacaq, aktivlərin, proseslərin idarə edilməsi, qüsurların vaxtında aradan qaldırılması, açılıb-qoşulma əməliyyatları proqram təminatı vasitəsi ilə avtomatik həyata keçiriləcək.

Yarımstansiyanın 220 kilovoltluq ötürücü şəbəkə ilə əlaqələndirilməsi üçün 220 kilovoltluq 3-cü “Hövsan” və 4-cü “Zabrat” hava xətlərinin giriş-çıxış sxemi ilə qoşulması və “Şimal” Elektrik Stansiyasından 220 kV-luq ikidövrəli elektrik xəttinin çəkilməsi nəzərdə tutulub. “Azərenerji” tərəfindən bu yarımstansiyanın yenilənməsi ilə “Şimal” Elektrik Stansiyasında istehsal olunan enerjinin etibarlı ötürülməsinə, ötürücü sistemin optimal yük rejiminə, istehlakçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsinə, eləcə də texniki itkilərin azaldılmasına nail olunacaq.



“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ziyəddin Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

“Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - Dövlət quruculuğu prosesini sürətlə keçən Azərbaycan bu gün də davamlı şəkildə inkişaf edir, daha da qüdrətlənir. Buna səbəb ulu öndər Heydər Əliyevin müdrik ideyalarının və müəllifi olduğu təməl prinsiplərin dövlət başçısı cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yüksək peşəkarlıqla reallaşdırılması və xalq-iqtidar birliyidir. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Aparılan uğurlu siyasət ictimaiyyət tərəfindən dəstəklənir və bu siyasət real, konkret nəticələrə gətirib çıxarır. 19 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyev bildirir ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bir məqamı da nəzərə alsaq ki, demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir.

Ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik dövrü bütün sahələrdə köklü islahatların aparılması, ölkə üçün mühüm strateji əhəmiyyət kəsb edən müxtəlif inkişaf proqramlarının hazırlanaraq müvəffəqiyyətlə icra edilməsi, dövlət idarəçilik strukturlarının təkmilləşdirilməsi, eləcə də yeni kadr təyinatlarının həyata keçirilməsi, bir sözlə hərtərəfli tərəqqi prosesinin vüsət alması ilə səciyyələnmişdir. Dərinləşən islahatlar fonunda Azərbaycan inkişaf tempini qoruyub saxlamış, iqtisadiyyatı uğurla şaxələndirmiş, regional və qlobal təhlükəsizlik məsələlərində sabitləşdirici faktor kimi çıxış etmişdir. Transmilli layihələrin gerçəkləşməsi, ölkə iqtisadiyyatına irimiqyaslı sərmayələrin yatırılması ölkəmizin strateji maraqlarını təmin etmişdir. Əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş prinsipi prioritet seçildiyindən, ölkəmiz regionun və dünyanın böyük iqtisadi layihələrinin əsas iştirakçılarından birinə və etibarlı tərəfdaşa çevrilmişdir.

Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir.

Keçirilən Qurultay dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqına Zəfər yaraşır. Zəfər Qurultayı xalqımızın necə böyük, məğrur və qəhrəman olduğunu bütün dünyaya nümayiş etdirdi.

Oxşar xəbərlər