Azərbaycanlı kişi dəhşət saçdı: parkda arvadını başından güllələdi - VİDEO

Azərbaycanlı kişi dəhşət saçdı: parkda arvadını başından güllələdi - VİDEO Azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

"Türkiyə mətbuatı xəbər verir ki, hadisə Trabzonun Ortahisar rayonundan baş verib.

Cinayət törətdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilən və 4 ay əvvəl azadlığa çıxan 34 yaşlı Elvin Umayev 38 yaşlı həyat yoldaşı Turanə Umayeva ilə aralarındakı münasibətə aydınlıq gətirmək üçün parkdakı çayxanada görüşüblər. Söhbər zamanı Elvin uşaqlarının ona göstərilməməsinə görə həyat yoldaşı ilə yenidən mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb.

Qətli törətdikdək sonra Elvin Umayev parkda bir az gəzişib və hadisə yerinə gələn polislərə təslim olub.


Oxşar xəbərlər