Dünyanın gözü Antalyada: Türkiyə Qərbin bacarmadığını etdi - ŞƏRH

Dünyanın gözü Antalyada: Türkiyə Qərbin bacarmadığını etdi - ŞƏRH Beynəlxalq aləm Rusiyanın Ukrayna arasındakı müharibənin ilk günündən hərbi əməliyyatları dayandırıb, masa arxasına əyləşməyi tələb etsə də, yüksək səviyyədə görüşün reallaşması mümkün olmadı. Müharibənin davam etdiyi 15-ci günündə isə Moskva ilə Kiyev arasında ən yüksək səviyyədə ilk belə görüş keçiriləcək. Rusiya xarici işlər naziri Sergey Lavrovla və Ukrayna xarici işlər naziri Dmitri Kuleba bu gün Antaliyada bir araya gələcək. Odur ki, hazırda dünyanın gözü Antalyadadır.

Görüş Türkiyə tərəfinin təşəbbüsü və ciddi səyi nəticəsində Antalyada Diplomatiya Forumu çərçivəsində reallaşcaq.

Ankara ümumiyyətlə Rusiya-Ukrayna münaqişəsinin hələ hərbi fazaya keçməzdən öncə problemin danışıqlar yolu ilə həllinə və bu məsələdə vasitəçilik missiyası təşəbbüsünü irəli sürüb. Rusiyanın Ukraynaya hücumundan sonra isə Ankaranın hərbi əməliyyatların dayandırılması istiqamətindəki səyləri daha da intensivləşib. İstər Türkiyə prezidenti Ərdoğan, istər xarici işlər naziri, istərsə də müdafiə nazirləri səviyyəsində Rusiya və Ukrayna tərəfindəki mövqedaşları ilə dəfələrlə danışıqlar olub. Türkiyə tərəfi təkidlə Putin və Zelenskinin bir masa arxasında əyləşib bütün məsələləri danışıqlar yolu həll edilməsi istiqamətində səy göstəməkdədir. Ankaranın bu səyləri öz müsbət nəticəsini verməkdədir. Lavrov-Kuleba görüşü bunun bariz nümunəsidir. Baxmayaraq ki, digər Avropa ölkələri də vasitəçilik missiyası təşəbbüsü ilə çıxış edib. Amma tərəflər Ankaranın vastəçilikdə daha səmimi olduğunu qəbul edərək, onların təşəbbüslərini dəstəkləyərək görüşə razılıq verib. Bu isə Türkiyənin dünyada təhlükəsizliyin, sabitliyin, sülhün bərqərar olmasında müstəsna rolunu və ciddi aktor rolunu göstəməkdədir.

Antalyada Moskva ilə Kiyev arasında yüksək səviyyədə keçiriləcək bu görüşün diqqət çəkən digər məqamı da ondan ibarətdir ki, danıqşılar Ankaranın iştirakı ilə üçtərəfli formatda keçirilməsidir.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib ki, hər iki nazir xüsusilə mənim Antalyadakı bu görüşdə iştirak etməyimi və üçtərəfli şəkildə keçirməyimi istədi: “Ona görə də bu görüşü üçtərəfli formatda 10 martda Antalyada keçirəcəyik. Ümid edirik ki, bu görüş dönüş nöqtəsi olacaq. Bu görüşün sülh və sabitliyə doğru mühüm bir addım olmasını arzulayırıq”.

Bu, bir daha Kiyev və Moskvanın münaqişənin həllində oynaya biləcəyi rola verdiyi yüksək dəyər kimi qiymətləndirmək olar.

Odur ki, indi bütün dünyanın diqqəti Antalyaya yönəlib.

Düzdür, bu müharibə edən tərəflər arasında ən yüksək səviyyədə ilk görüş olduğundan, görüşün yekunundan ciddi nəticələrə gözləməyə dəyməz. Çünki bunu tərəflər özləri də etiraf edib.

Amma tərəflərin danışıqlarda maraqlı olması və gələcək addımları müəyyənləşdirmək baxımdan mühüm addımdır. Bu görüş davamlı xarakter almasına və tezliklə atəşkəsin əldə edilməsinə, o cümlədən Putinlə Zelenski arasında görüşünün baş tutmasına gətirib çıxaracaq. Onsuz da prosesin hansısa mərhələsində məsələni çözmək üçün hər iki ölkənin lideri bir masa araxasında oturmaq məcburiyyətindədir. Mümkündür ki, Antalya görüşü bu istiqamətdə mühüm addıma olacaq.

Görüş uğurla nəticələnərsə, növbəti mərhələdə biz Putinlə Zelenskinin Türkiyədəki görüşlərinin də şahidi ola bilərik.

Oxşar xəbərlər