Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır Zakir Fərəcov 1 saylı tam orta məktəbə baxış keçirib

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 29-cu məhəlləsində yerləşən 1 saylı məktəbdə olub. Məktəbin fəaliyyəti ilə yaxından tanış olan şəhər rəhbəri müəllim və şagirdlərlə görüşüb.

Vurğulanıb ki, son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Ötən dövr ərzində Sumqayıt şəhərində təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb. Qeyd olunub ki, 1 nömrəli tam orta məktəb də Prezident İlham Əliyevin sərəncamı ilə sökülərək yerində müasir məktəb tikilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri üzrə buraxılış və qəbul imtahanlarının nəticələrində ümumi təhsildə keyfiyyət irəliləyişləri müşahidə edilir. Şəhər rəhbəri bu göstəricilərin daha da yüksəldilməsi üçün kollektivə tövsiyələrini çatdırıb, şəhərdə görülmüş işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı ətraflı məlumat verib, şəhərin inkişafı ilə bağlı onların təkliflərini dinləyib.

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır
Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Zakir Fərəcov Sumqayıt şəhər 29-cu məhəllə ərazisində səyyar qəbul keçirib

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Sumqayıt şəhərində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə şəhərin müxtəlif yerlərində mütəmadi olaraq səyyar qəbullar keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 29-cu məhəllə ərazisində keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbul zamanı sakinlərin problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqət ayırdığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır
Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Zakir Fərəcov Sumqayıt şəhər Vərəm Xəstəxanasındakı mövcud vəziyyətlə tanış olub

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər Vərəm Xəstəxanasında olub, tibbi müəssisədəki mövcud vəziyyətlə tanış olub. Baş həkim tibb müəssisəsindəki mövcud vəziyyətlə bağlı şəhər rəhbərinə məlumat verib.

Qeyd edək ki, Son 5 il ərzində Sumqayıt şəhərində tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilib. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılması istiqamətində mühüm işlər görülüb.

Şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olunub, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olunub.1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparıldıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub.

Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılırSumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır
Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır


Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Əlaqələndirmə Mərkəzinin şəhid ailələri və qazilərlə növbəti görüşü keçirilib. Görüşdə vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, canlarından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində mütəmadi olaraq şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, prioritet məsələlərdən biri də şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb və şəhərdə fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilib, müzakirələr aparılıb. Bu istiqamətdə böyük işlər görülüb. Ötən il şəhər ərazisində şəhid ailəsi, qazilər və müharibə iştirakçısı olan ümumilikdə 1200 şəxsə maddi və ərzaq yardımı olunub. Eyni zamanda bu kateqoriyadan olan şəxslərin tibbi, mənzil kommunal vəməişət problemlərinin həllinə kömək göstərilib. Fiziki məhdudiyyəti olan 34 qazi himayəyə götürülüb. 26 qazi isə peşə məktəblərində ixtisasartırmaya cəlb olunub.

Görüşdə bir sıra problemlər yerindəcə həll olunub. İş adamlarının biri tərəfindən şəhid övladı 18 yaşına çatana kimi himayəyə götürülüb. Bir neçə şəxsin məşğulluq məsələsi görüz zamanı öz həllini tapıb.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov bildirib ki, ötən dövr ərzində ümumilikdə 406 şəhid ailəsi, qazi və ailə üzvləri, eləcə də müharibə iştirakçısı olmuş şəxslərlə görüşlr keçirilib. Onlardan 66 nəfər daimi işlə təmin olunub və 340 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərdən 132-si artıq aktivlərlə təmin olunub və kiçik ailə biznesinə başlayıblar. Qısa müddət ərzində digər ailələr də aktivlərlə təmin olunacaqlar.
Görüşdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər