
O, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olarkən deyib.
"Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, əldə olunan razılaşmaların gerçəkləşdirilməsi üzərində çalışmaq lazımdır.
Baş nazir həmçinin Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də vurğulayıb: “Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb”.
Qeyd edək ki, N.Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi-ticari əməkdaşlıq komissiyasının iclasında iştirak edib.