
Hər təxribata Azərbaycan tərəfi misli ilə cavab verir, amma bütün bunlar bölgədəki davamlı sülhün bərqərar olmasında çox ciddi problemlərdir. İşğalçı Ermənistanın xoşniyyətli olmayan bu əməlləri sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur koridorunun açılması, sülh müqaviləsinin imzalanması kimi həyati vacib məsələrin yerinə yetirilməməsinin məqsədini daşıyır. Əlbəttə Azərbaycan hər zaman danışıqlar yolunu daha üstün tutmuşdur. Bu mənada, Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişdir.
İndiyə kimi münaqişədən sonrakı dövrün tənzimlənməsi və sülh danışıqlarının həyata keçirilməsi üçün müxtəlif görüşlər keçirilmiş və bunların hər biri Azərbaycan üçün, Azərbaycanın marağı baxımından hədsiz dərəcədə vacib idi. Və biz bütün bu görüşlərdən ən əsası isə, Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberq ilə birgə keçirilən mətbuat konfransından öz marağımızı təmin edən cavabları aldıq. Marağımız isə, qeyd etdiyimiz kimi, sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur koridorunun ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanması idi ki, möhtərəm Prezidentimiz ötən dövr ərzində bunları bütün müsahibələrində, qatıldığı beynəlxalq tədbirlərdə səsləndirirdi. Artıq bu görüşlərin təqdirəlayiq təzahürü kimi deyə bilərik ki, "Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb".
Postmüharibə dövründə bu tezis nəyi ifadə edir? Həmin tezisin iki aspekti mövcuddur. Onlardan biri ondan ibarətdir ki, işğaldan sonra Qarabağ bölgə olaraq Azərbaycanın sosial-iqtisadi, mədəni və təhlükəsizlik sistemindən kənarda qaldı. Keçən müddətdə Azərbaycan sürətli inkişaf etdi, lakin Qarabağ bu prosesdə iştirak edə bilmədi və bu mənada Azərbaycanın iqtisadi və sosial sisteminə inteqrasiya oluna bilmədi. Bunlar Azərbaycanın iqtisadi infrastrukturunun bütövlüyünü pozur və həmin səbəbdən ölkənin iqtisadi potensialının tam açılmasına əngəllər törədirdi. Qələbədən sonra Qarabağın həm inzibati bölgə, həm də iqtisadi struktur kimi Azərbaycana inteqrasiyası təbii ki, yeni imkanlar meydana gətirdi. Bunun ən böyük nəticəsi isə Zəngəzur dəhlizinin açılması və geniş imkanlar sunmasıdır.
80 №-li tam orta məktəbin direktoru
Təranə Müzəffərova