
Sabunçu rayonunda asayişin təmin edilməsində, cinayətkarlıqla mübarizədə polis son illər əzmlə çalışır. Sözsüz ki, bu uğurların təmin olunmasında peşəkar polis işçisi, fəaliyyətini dövlətə və xalqa şərəflə xidmət prinsipləri üzərində quran polis rəisi Cavid Muradovun əməyi misilsizdir. Rayonumuza polis rəisi təyin olunduqdan qısa müddət ərzində bir çox açılmamış cinayət əməllərini isti izlərlə açan peşəkar insan Cavid müəllim əhalinin sevimlisinə çevrilməyi bacardı. Bəşəriyyətin bəlası olan narkomaniyaya qarşı amansız mübarizə aparan rəis bu sahədə ciddi uğurlara əl ataraq hamımızın rəğbətini qazandı. Onun rəhbərliyi dövründə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalmış oldu. Bütün bu sadaladığımız faktlar Cavid müəllimin peşəkar polis işçisi kimi gecə-gündüz çalışması hesabına baş vermişdir.
Cavid müəllim əsl polis işçilərinə məxsus sərt intizama, dəmir iradəyə malik olmaqla yanaşı, həmdə əhali ilə təmaslarda sadə davranışa malik bir insandır. Bu rayonda istənilən vətəndaşı dinəlməyi və maksimum olaraq onların problemlərini yoluna qoymağı hədəfləyən rəis bu alicənab davranışları hesabına ağsaqqalların, ziyalıların və bütün kateqoriyadan olan insanların rəğbətini qazanmışdır. Mütəmadi olaraq, yerlədə vətəndaşları dinləyən Cavid müəllim ona ünvanan müraciətlərə həssaslıqla yanaşır. Bu gün rayonumuzda qanunun aliliyinin təmin olunmasında, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında müsbət dinamika müşahidə olunur. Məktəblərdə Cavid müəllimin birbaşa təşəbbüsü və iştirakı ilə maarifləndirici görüşlər keçirilir. Narkomaniyanın fəsadları, erkən nigahların mənfi tendensiyaları, dini radikalizmin qlobal bir bəla olduğu şagirdlərə aşılanır.