Valideynlərin nəzərinə: Uşaqları təsir altına salan təhlükələr var - RƏSMİ

Valideynlərin nəzərinə: Uşaqları təsir altına salan təhlükələr var - RƏSMİ “Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri yoxlanılır, heç bir iddia kənarda qalmır”.

Oxu.az xəbər verir ki, bun barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, başqa sözlə, artım indeksi müşahidə edilmir:

“Bu halların böyük əksəriyyətində valideynlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları var. Ümumən, yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan və geri qayıtmayan şəxslərlə bağlı polisə daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır”.

E.Hacıyev valideynləri də bu kimi məsələlərdə diqqətli olmağa çağırıb:

“Valideynlər diqqətli olmalıdır, onlar “övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, - deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir, təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amillər valideynlər tərəfindən diqqətə alınmalıdır".

Oxşar xəbərlər