Polis Günü ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) təltif edilən əməkdaşı arasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov da var.V.Əsədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən “Azərbaycan Polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.
Qeyd edək ki, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev DİN-in fəxri fərmanı ilə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib. DİN-in Mətbuat xidmətinin inspektoru Anar Qafarova isə növbədənkənar polis mayoru rütbəsi verilib.