
Bunu Ölkə.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
Onun sözlərinə görə, belə kobud qayda pozan sürücünün yaratdığı təhlükənin cinayət tərkibli əmələ çevrilməsi, yəni hər hansısa ağır yol-nəqliyyat hadisəsinin baş verməsi isə an məsələsidir: "Məsuliyyətsizlik hər zaman inzibati tənbehlə yekunlaşmır!"
"Bir daha sürücülərdən xahiş edirik ki, özlərini və ətrafdakı insanların həyatını məsuliyyətsizliyin qurbanına çevirməsinlər! Bir daha bütün sürücülərdən və hərəkətin digər iştirakçılarından yol hərəkəti qaydalarına əməl etməyi və intizamlı olmağı xahiş edirik!", - o vurğulayıb.