Bakı şəhərində istilik mövsümünə start verildi

Bakı şəhərində istilik mövsümünə start verildi Bu gündən etibarən Bakı şəhərində istilik mövsümünə start verilib.

Bu barədə açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O bildirib ki, paytaxt ərazisində qazanxanalar işə salınır və gün ərzində bütün ərazilər üzrə qazanxanaların işə salınması təmin olunacaq.

Qeyd edək ki, mövsüm ərzində cəmiyyətə məxsus 554 qazanxana istismar edilməklə 3871 yaşayış binası, o cümlədən 184,0 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər