
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyul 2018-ci il tarixli fərmanında əksini tapıb.
Nazirlər Kabineti bu müddət ərzində elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması və yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını da müəyyən etməlidir.