
Strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış COVID-19 pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini azaltmaq, ölüm halının qarşısını almaq və ən əsası səhiyyənin üzərinə düşən yükü azaltmaqdır.
Hər birimiz vaksinləşmə işində məsuliyyət daşıyırıq. Biz özümüzü peyvənd etməklə bu məsuliyyəti yerinə yetirmiş oluruq. Mən də bir müəllim kimi öz məsuliyyətimi yerinə yetirmişəm, vaksin olunmuşam.
COVID-19 virusuna hər yaşda insan yoluxa bilər. Gənclər bu virusu yüngül keçirsələr də, daşıyıcı olaraq ətrafındakı ana, ata, baba və nənələrini bu həyatdan məhrum edə bilərlər. Ən azından öz doğmalarınızı fikirləşin.
Məsuliyyətsizlik etməyək, cəmiyyətin gələcəyini təhlükə altına qoymayaq!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
fizika müəllimi Pərvanə Hüseynova