Bakıda faciəvi qəzada 5 nəfər ölüb, 13 nəfərin vəziyyəti ağırdır

Bakıda faciəvi qəzada 5 nəfər ölüb, 13 nəfərin vəziyyəti ağırdır Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb.
"Ölkə.Az" xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "report"a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub. Qeyd olunub ki, xəsarət alan 13 nəfərin vəziyyəti ağırdır.

Oxşar xəbərlər