
Azərbaycanda xalq-dövlət birliyinin, milli həmrəyliyin mövcud olması Azərbaycan informasiya sahəsində də üstünlük qazandı və bu üstünlüyün qazanılmasında şəxsən Prezident İlham Əliyevin özünün çox müstəsna rolu oldu. Prezidenin hələ müharibədən öncəki dövrdə müxtəlif yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması unudulmamalıdır. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla debatlarda Azərbaycanın mövqeyini dəmir məntiqlə çatdırması “Dəmir Yumruğ”a gələn yol idi. Prezident Əliyev debatlarda çağdaş diplomatiyanın ən bariz örnəyini təqdim edərkən, erməni baş nazir bunun qarşılığında özünü itirir, olduqca zəif qalır, ciddi siyasi yanlışlıqlara yol verir və siyasi-diplomatik cəhətdən iflas edirdi.
“Dəmir Yumruq” və “Qarabağ Azərbaycandır” kimi məşhur ifadələri ötən ildən bu günə qədər təsirləndirici gücə sahibdir. Bu şanlı 44 günlük zəfərlə bağlı yüz illər keçəndən sonra tarixi, bədii kitablar yazılacaq. Çünki bu qələbə Azərbaycan xalqının haqqını, Azərbaycan ordusunun qəhrəmanlığını, ölkəmizin iqtisadi gücünü göstərdi.
İmamverdiyeva Könül, 75 saylı tam orta məktəbin ibtidai sinif müəllimi