Bakının mərkəzində bağlanan yollar açılıb

Bakının mərkəzində bağlanan yollar açılıb “Bakıda 27 sentyabr - Anım Günü ilə əlaqədar keçirilən tədbirlərlə bağlı bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhduddiyyət aradan qaldırılıb”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

Bildirilib ki, paytaxt ərazisində bütün növ nəqliyyat vasitələrinin hərəkəti təmin edilib.

Qeyd edək ki, 27 sentyabr - Anım Günü ilə əlaqədar keçirilən tədbirlərlə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə sentyabrın 26-da səhər 07:30-dan 10:00-a dək, sentyabrın 27-də isə 06:30-dan 14:00-a dək yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Oxşar xəbərlər