Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı

Bakıda yürüşlərlə əlaqədar bağlanan yollar açıldı 15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşlər ilə əlaqədar olaraq bağlanan yollar açılıb.

Bunu oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - “İçərişəhər” metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı – “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, ikinci marşrut S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olan yürüşlə əlaqədar bağlanan yollarda hərəkət tam bərpa olunub:

“Bütün istiqamətlər üzrə nəqliyyat vasitələri sərbəst hərəkət edə bilər”.

Oxşar xəbərlər