Braziliya - Argentina matçı yarımçıq dayandırıldı - SƏBƏB

Braziliya - Argentina matçı yarımçıq dayandırıldı - SƏBƏB Dünya futbolunun iki nəhəngi - Braziliya ilə Argentina arasında DÇ-2022-nin Cənubi Amerika qrup seçmələri matçında futbol tarixinə düşəcək anlar yaşanıb.

"Arena Corintians"da keçirilən matçın ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərədən gələn və qaydalara görə, 14 gün karantində qalmalı olan oyunçuları həbs etmək üçün sahəyə girib və belədə qarışıqlıq yaranıb. Söhbət Emiliano Martines, Covani Lo Çelso, Serxio Romero və Emiliano Buendiyadan gedir.

Bu barədə Argentina Futbol Federasiyası məlumat yayıb. Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq, paltardəyişmə otağına yollanıblar. Argentina Futbol Federasiyası yaşanan hadisədən sonra matçın dayandırıldığı barədə məlumat paylaşıb.

Daha sonra Argentinanın kapitanı Lionel Messi və Argentina millisinin məşqçisi Lionel Skaloni meydana qayıdaraq braziliyalı futbolçular və rəsmilərlə görüşdükdən sonra yenidən paltardəyişmə otağına gediblər.

Qərarı FİFA İntizam Komitəsi verəcək. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Braziliya - Argentina matçının təxirə salındığını, hakimlərin və müşahidəçilərin FİFA İntizam Komitəsinə məlumat verəcəyini, yekun qərarın müvafiq komitə tərəfindən veriləcəyini açıqlayıb. /Fanat.az

Oxşar xəbərlər