Elçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏL

Elçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏL Səbail rayonunda yerləşən quru otlaq sahələrində növbəti iməcilik aksiyası

Səbail rayonunda aparılan quruculuq və abadlıq işləri çərçivəsində quru otlaq sahələrində yanğınların baş verməsinin qarşısının alınması ilə əlaqədar qabaqlayıcı təhlükəsizlik tədbirləri davam edir.
Belə ki, avqustun 26-da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail Rayon Mənzil Komunnal Təsərrüfat Birliyinin, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və Bələdiyyələrin əməkdaşları tərəfindən Bayıl yaşayış sahəsində yerləşən Xanlar parkında və ətrafında 12 min kv.m-dən artıq quru otlaq sahəsində iməcilik aksiyası keçirlimiş, qeyd olunan ərazi məişət və sənaye tullantılarından təmizlənmişdir.
Havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və yaşıllıqları qorumağa çağırırıq.

Elçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏLElçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏLElçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏL
Elçin Həsənov vəzifəsinin şərəflə yerinə yetirir - ÖZƏL


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisi Elçin Həsənovdur.

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisi Elçin Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Həsənovdan danışdılar yaxşı ki, Elçin Həsənov Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisidir… Elçin Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elçin Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Elçin Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elçin Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Həsənov özünü doğruldub. Bizdə hörmətli Elçin Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər