Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL Ağdamda maarifləndirmə tədbiri keçirilib

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL


Yevlax regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Ağdam rayon İcra Hakimiyyətinin inzibati binasında “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” və “İnsan alverinə qarşı mübarizə” mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib. Görüşdə ictimaiyyət və kənd icra nümayəndələri iştirak edib və onlara mövzularla bağlı ətraflı məlumatlar verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL


Ağdam rayonunun Ayaq Qərvənd kəndində şəhid İsmayılov Elman İsmayıl oğlunun və Vəliyev Rafiq Fəxrəddin oğlunun əziz xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub.
Mərasimdə şəhid ailələri, Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, RİHB-nın aparatının əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də “44 günlük müharibə” kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, şəhidlərimizin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yollarından danışılıb. Çıxışlardan sonra Vətən müharibəsində iştirak etmiş bir neçə döyüşçüyə medal təqdim edilib. Daha sonra abidə kompleksinin önünə gül-çiçək dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir. Tədbir məktəblilərin ədəbi-bədii kompazisiyası ilə yekunlaşıb.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏLAğdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL


Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 44 günlük Vətən müharibəsində böyük şücayət göstərmiş mayor Muxtarov Ələsgər Faiq oğlu ilə görüşmüşdür

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL


Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 44 günlük Vətən müharibəsində böyük şücayət göstərmiş “Qarabağ” ordenli, “ Cəbrayılın azad olunmasına görə” və “ Şücayətə görə” medalları ilə təltif olunmuş mayor Muxtarov Ələsgər Faiq oğlu ilə görüşmüşdür.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov daim rəhbərliyə sadiqdir - ÖZƏL


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vaqif Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Vaqif Həsənovdan danışdılar yaxşı ki, Vaqif Həsənov Ağdam rayon İcra Hakimiyyətinin başçısıdır… Vaqif Həsənov öz isguzarlığı ilə tanınır və seçilir….

Vaqif Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Vaqif Həsənovu heç vaxt əqidəsindən döndərə bilməz.

Vaqif Həsənov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Vaqif Həsənov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Vaqif Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Vaqif Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Vaqif Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Vaqif Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Vaqif Həsənov özünü doğruldub. Bizdə hörmətli Vaqif Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər