
"Xəzər TV" xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadənin sözlərinə görə, Azərbaycan vətəndaşları koronavirusun yeni ştamlarının region ölkələrində yayılmasını nəzərə alıb, daha ehtiyatlı olmalıdırlar. Xüsusilə yoluxma sayının artdığ bir vaxtda əsas köməkçi vasitə vaksinasiyadır. O deyib ki, vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir.
Həkim onu da bildirib ki, ötən aylara nisbətən reanimasiyada müalicə alan xəstələrin də sayı artıb. Hazırda reanimasiyada olan koronavirus xəstələri vaksin vurdurmayanlardır. Ağırlaşmalar yalnız vaksinasiyadan keçməyənlərdə baş verir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: