Gey-paradda döyülən operator öldü

Gey-paradda döyülən operator öldü Tiflisdə gey-parada qarşı çıxanlar tərəfindən fiziki zorakılığa məruz qalan “Pirveli” telekanalının operatoru Aleksandr Laşkaravanın cəsədi evində tapılıb.
“Sputnik-gürcüstan” xəbər verir ki, onun cəsədini anası Laşkaravanın şəxsi evində tapıb. Kriminalist ekspertlər ölüm səbəbini araşdırırlar. Hadisə ilə bağlı cinayət işi açılıb.

Laşkavara aksiyada döyüldükdən sonra xəstəxanaya düşüb və bir neçə gündən sonra özünü yaxşı hiss etdiyi üçün həkimlər onu evə buraxıb.

Oxşar xəbərlər