
“Report” xəbər verir ki, diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.
Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yollanacaqlar.