Türkiyənin İğdır şəhərinin Aralıq rayonunda güclü yağış selə səbəb olub."Oxu.az məlumat verir ki, sel səbəbindən Türkiyə-Naxçıvan quru yolu bağlanıb.Fırtına Qaqqoyunlu rayonunda evlərin damını uçurub, ağacları aşırıb.Selin gətirdiyi qaya parçaları gediş-gəlişə maneə yaradıb.Yolun açılması üçün çalışmalar davam edir.