İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub

İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub Prezident İlham Əliyev Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.
Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyətinin olduqca böyük olduğu barədə məlumat verilib. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Dövlət başçısı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Oxşar xəbərlər