
"Bu sözləri həkim mütəxəssis Vasif İsmayıl “ARB24” kanalına açıqlaması zamanı bildirib.
Toyların müəyyən məhdudiyyətlər çərçivəsinə keçirilməsindən danışan mütəxəssis, qapalı məkanlardakı idman zalları məsələsinə də toxunub.
O, toyların keçiriləcəyi təqdirdə nəzərdə tutulan qaydaların idman zallarına da şamil olunacağını açıqlayıb:
“Bu gün açılması ən çox arzulanan sahələrdən biri bağlı idman zallarıdır. Bu məsələni mütləq qaldırmaq lazımdır. Təxmin edirəm ki, biz iyunda, karantin rejimi bitdikdən sonra bir çox dəyişiklik görəcəyik. Məntiq bunu deməyə əsas verir.
Çünki idman zallarına nəzarət, reyd keçirmək asandır. Məsələn: eyni saatda 10 iştirakçı məhdudiyyəti tətbiq etmək olar. Daha sonra bu qaydaya əməl edilib-edilməməsi ilə bağlı da reyd keçirmək mümkündür”.