
Xarici işlər naziri Moskvanın prezidentlərin görüşünə razı olub-olmasına dair verilən suala zarafatla cavab verib. O, "biz icazə vermək üçün gömrük deyilik", deyib.
Bundan əvvəl Rusiya XİN Rusiya və ABŞ prezidentlərinin görüşün keçirilməsi ilə bağlı yekun bir razılığın olmadığını açıqlayıb. Ancaq bunun baş tutacağı təqdirdə dövlət başçılarının Avropanın diplomatik paytaxtlarından birində bir araya gələcəyi bildirilib.