Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏL

Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏL Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovun üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə, onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Rafil Hüseynov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Qanuninfo.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Rafil Hüseynovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Ağcabədidə pambıq səpini yekunlaşır

Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏL


Respublikanın iri pambıqçılıq rayonlarından olan Ağcabədidə pambıq səpini yekunlaşmaq üzrədir. Səpin prosesi tez başlanılan bir çox sahələrdə isə pambıq artıq cücərdiyindən kompleks becərmə işlərinə başlanılıb. Ötən il bol məhsul əldə etdiklərini bildirən Ağcabədili fermerlər bu il də məhsuldarlığın yaxşı olacağını proqnozlaşdırır:

Rayon üzrə yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ciddi şəkildə əməl edildiyini bildirən Ağcabədi rayon İH-nin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov cari il üçün hədəflərin daha yüksək olduğunu qeyd etdi:



Ağcabədidə bir neçə yolun yenidən qurulması işləri sonuncu mərhələ üzrə davam edir

Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏL


Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, uzunluğu 41 kilometr olan və Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif kilometrlik hissələrindən götürür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə institutu” MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlanıb. Layihəyə uyğun olaraq, yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına başlanılıb. Bunlar Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27,4 kilometrlik yollar, həmçinin 5,6 kilometrlik Avşar, 2,9 kilometrlik Salmanbəyli, 4,5 kilometrlik Aşağı Avşar və 0,6 kilometrlik Xocavənd kəndlərinin daxili yollarıdır.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 kilometrlik yolun, həmçinin kəndin 5,6 kilometrlik daxili yollarının yenidən qurulmasına başlanılıb. Yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılıb və yuyulmuş hissələr doldurularaq, torpaq yatağının bərpası işləri görülüb.

Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirilib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Qeyd edilən 10 kilometrlik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edilib. Həmçinin 5,6 kilometrlik Avşar kəndinin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyün vurulması üçün hazır vəziyyətə gətirilib. Hazırda sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.

Belə ki, Salmanbəyli kəndinə gedən 8 kilometrlik yolun və sözügedən kəndin 2,9 kilometrlik daxili yollarının yenidən qurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5.6 kilometrlik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da başlanılacaq. Daha sonra isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9,4 kilometrlik yollarında, həmçinin sözügedən kəndlərin 5,1 kilometrlik daxili yollarında davam etdiriləcək.

Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və kilometr göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Yenidənqurma işlərinin nəticəsində həmin ərazidə yaşayan 14 min sakinin respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə, yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.

Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏLAğcabədi rayonu daim inkişaf edir - ÖZƏL
Ağcabədi rayonu daim inkişaf edir - ÖZƏL

Oxşar xəbərlər