Bakıda doğum günü məclisindən çıxan həkimlər qəza törədib, ölən və yaralananlar var

Bakıda doğum günü məclisindən çıxan həkimlər qəza törədib, ölən və yaralananlar var Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.

Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.

Qeyd edək ki, yaralılar Zığda yerləşən Modul Tipli Xəstəxananın həkimləridir. Onlar sonuncu dəfə Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

Oxşar xəbərlər