Azərbaycan dövləti milli azlıqlara azad mətbuat fəaliyyətindədə şərait yaratmışdır

Azərbaycan dövləti milli azlıqlara azad mətbuat fəaliyyətindədə şərait yaratmışdır 27.09.2020-ci il tarixində Azərbaycan Respublikası və Ermənistan arasında başlayan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatmışdır. Bu dövr ərzində qəhraman oğullarımız böyük şücayət nümayiş etdirərək Azərbaycanın müasir tarixində yeni səhifə açmışdır. Tarix bir daha sübüt etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onun əsl sahibləri geri qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ermənilərin bu ərazilərdə kütləvi şəkildə məskunlaşması l9-cu əsrə təsadüf edir. Dağlıq Qarabağ erməniləri 1978-ci ildə köçürülmələrinin 150 illiyini qeyd etmiş, bu münasibətlə keşmiş Mardakert / Ağdərə rayonunun (indiki Tərtər rayonunda) Marağaşen / Leninavan (indiki Şıxarx) kəndində xüsusi abidə qoymuşdular. Bütün bunlar bir daha sübüt edir ki, bu torpağların köklü əhalisi azərbaycan türkləri olmuşdur və ermənilər burada süni şəkildə yerləşdirilmişdilər. Buna baxmayaraq Azərbaycan əsrlər boyu nəyinki ermənilər, həmçinin diğər xalqlarla sülh içində yaşamış, dinindən və dilindən asılı olmayaraq onların mədəniyyətinə və adət-ənənələrinə hörmətlə yanaşmışdır. Tarixin bütün dövrlərində Azərbaycanda yaşayan xalqlar öz adət-ənənəsi, folkloru və dili və qarşılıqlı münasibət ilə vəhdət yaratmış, onlar arasında birləşdirici rol oynamışdır. Vətənimizdə 100-dən artıq etnosun nümayəndəsi yaşayır. Bunlar ermənilər, tatlar, inqiloylar, saxurlar, udilər, kürdlər, ruslar, almanlar, ləzgilər, axıska türkləri və digər azsaylı xalqlardır. Ümumiyyətlə Azərbaycan etnik rəngarəngliyinə görə al-əlvan xalçaya bənzəyir və əhalisi mürəkkəb etnik tərkibə malikdir. Bu azlıqlara nəyinki Qarabağ bölgəsində, həmçinin Qax, Zaqatala, Balakən, Lənkəran, Quba və digər bölgələrində rast gəlmək olar. Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, onların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Müstəqilliyin bərpasının ilk illərində - 1992-ci ildə Ulu Öndər Heydər Əliyev "Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında" fərman verdi. Respublikamızda yaşayan milli azlıqların demək olar ki, hamısı Azərbaycan dövlət dilini bilir, öz milli bayramlarını keçirir, ibadətlərinin yerinə yetirir və incəsənətinin bir çox sahələrini inkişaf etdirirlər. Bugün ölkənin hər bir yanında kilsələr və sinaqoqlar bərpa edilir və bu xalqların ibadətlərinə açıqdır. Onların həmçinin 50-ə qədər qeyri-hökümət təşkilatı, mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai birlikləri fəaliyyət göstərir. Azərbaycan dövləti milli azlıqlara azad mətbuat fəaliyyətindədə şərait yaratmışdır: 50-dək qəzet və jurnal nəşr etmişlər. Bu mənada Azərbaycan multikulturalizmin bariz nümünəsidir. Bakıxanov qəsəbəsi, 107 nömrəli məktəbin

tarix müəllimi Səidə Məmmədova

Oxşar xəbərlər