Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur

Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələrinin suallarını cavablandırarkən deyib:

“Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyudur bir ailə kimi yaşayır.”

Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, düyünə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasətilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı.

İndi əsas məsələlərdən biri də, işğaldan azad olunmuş ərazilərin bərpa olunması və burada erməni icması ilə azərbaycan icmasının birgə yaşayışının hansısa formada həyata keçirilməsi məsələsidir ki, bunun da formaları müzakirə edilələrək, qəbul ediləcək. Xalqımıza qarşı Xocalı faciəsini törətmiş erməni millətçilərinin azərbaycan icması ilə birgə yaşayışı yəqin ki, çətin olacaq.

Əgər ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, ölkəmizdə bir şərtlə yaşaya bilərlər ki, onlar Qarabağda hadisələr baş verənə qədər yaşamış olsunlar. Qanunlar çərçivəsində, əgər istəsələr yaşadıqları yerdə qala biləcəklər.

Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Keçmiş dövrlərdən bəri burada avarlar, talışlar, ləzgilər udinlər və s. kimi millətlər sülh və əmin – amanlıq içərisində yaşamışdır. Müasir multikultural cəmiyyətlər müxtəlif mədəni strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər.

Müxtəlif millətlərin birgəyaşayışı mahiyyət baxımından telerantlıqla sıx bağlı olduğunu qeyd edə bilərik. Belə ki, müxtəlif mədəniyyətlərin inteqrasiya olunmuş şəkildə yaşamasını qəbul edən telerant cəmiyyətin başlıca xüsusiyyətindən biri hesab olunur.

Belə yaşayış tərzi cəmiyyətdə müxtəlif xalqların mədəniyyətlərinin qarşılıqlı sürətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Tarixi təcrübədən irəli gələrək bu gün Azərbaycanda multikulturalizm həyat tərzidir. Şərq və Qərb, Şimal və Cənubun qovşağında yerləşən Azərbaycanda müxtəlif sivilizasiya və mədəniyyətlər birgə mədəniyyətlərin əsasını təşkil edir. Bəşəriyyətin xilas yolu eyni bir məkanda müxtəlif sivilizasiya və mədəniyyət daşıyıcılarının yanaşı yaşamasının qəbul edilməsində, onların həyat tərzlərinin qarşılıqlı zənginləşnəsində görülür.Azərbaycan dünyavi bir ölkədir. Ancaq belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan müstəqil yaşayıb, mədəniyyətlərini inkişaf etdirə bilərlər. Azərbaycan dövlətinin əsas vəzifəsi ədalətli, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır.

Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən hər hansı ideya təkcə milliyyətcə azərbaycanlıların deyil, bütün etnosların maraqlarını özündə tam ehtiva edir. Yəni, dövlətin irəli sürdüyü hər hansı ideya və fikir etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq ölkə əhalisinin maraqlarını önə çəkir.Azərbaycançılıq ideologiyası bu gün ilk

növbədə etnik – dini tolerantlığın və milli həmrəyliyin başlıca təminatçısı kimi dünyaya nümunə göstərir. Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən azsaylı xalqlara, eləcə də erməni millətindən olan milli – dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün lazım olan tədbirləri həyata keçirir. Prezident İlham Əliyev Azərbaycanın çoxkonfessiyalı ölkə kimi dünyaya nümunə olduğunu bildirib.

Prezident İlham ƏliyevAzərbaycanın Şərqlə Qərbi birləşdirən multikultural məkan olduğunu bildirib:”Azərbaycan son illlər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özünü rahat hiss edirlər.”

Bakıxanov qəsəbəsi, 74 nömrəli məktəbin

ibtidai sinif müəllimi Şəcahan Ramazanova

Oxşar xəbərlər