Yürütdüyü siyasətdə ölkənin inkişafı, vətəndaşların rifahını düşünən dövlət başçımız sosial və təhsil məsələlərini əsas prioritet olaraq götürür

Yürütdüyü siyasətdə ölkənin inkişafı, vətəndaşların rifahını düşünən dövlət başçımız sosial və təhsil məsələlərini əsas prioritet olaraq götürür Son illərdə Azərbaycan bütün istiqamətlərdə inkişafa qədəm qoyub ən ali məqsədlərdən birinə nail olmuşdur, belə ki, cəmi 44 gün ərzində mübariz ordusu ilə, xalqın yaxından dəstəyi ilə işğalda olan torpaqlarını azad etmiş, düşməni sarsıtmışdır. Bütün bu nailiyyətlər xalqa məxsus olsa da, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolu hədsiz böyük və danılmazdır.

25.02.2021-ci ildə prezidentimiz İlham Əliyev cənablarının Ramana qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilmiş yaşayış kompleksindəki çıxışını bir vətəndaş olaraq böyük maraqla izlədim.

Dövlət başçımızın iradəli, uzaqgörən bir siyasətçi olması, onun həm xarici, həm də daxili rəqiblərinə layiqincə cavab verməsi, 44 günlük Vətən müharibəsi dövründə yürütdüyü siyasət nəticəsində dövlət və xalq birliyinin möhkəmlənməsi, bir yumruq –“dəmir yumruq” ətrafında birləşməsinin şahidi olduq. Bu çətin və şərəfli dönəmdə ölkə başçısının həm müdrik siyasəti, həm də sərkərdə kimi mücadiləsini gördük. O, istər əvvəl, istər müharibə dövründə, istərsə də müharibədən sonrakı dövrdə bütün çıxışlarında qətiyyət, şəxsi prinsipiallıq nümayiş etdirməklə yanaşı 23 dəfə sülhdən bəhs etmişdir. Bununla da Azərbaycan xalqının dövlət başçısı olduğunu dünyaya çatdıra bilmişdir.

Erməni millətindən də olsa, istənilən Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası nın istənilən ərazisində, o cümlədən Qarabağda sülh və əminamanlıq şəraitində yaşaya biləcəyini əminliklə bəyan etmişdir. Nəticədə Azərbaycan Respublikası dünya dövlətləri sırasında layiqli yerini tutmaqdadır. Əziz prezidentimiz İlham Əliyevin çıxışlarında və davranışlarında onun qalib dövlətin rəhbəri olması açıq surətdə görünür və bu məqam da bizi hədsiz sevindirir, ruhlandırır, mövcud neqativ hallara qarşı dövlət başçısı ilə birlikdə əzmkar mübarizəyə sövq edir.

Yaşayış kompleksindəki çıxışında da I Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsini müqayisə edərək təhlil edən prezidentimiz vətənin hər iki müharibədə şəhid verdiyi igid və cəsarətli oğullarını hörmətlə andı. Şəhid ailələrinə, müharibə veteranlarına dövlətin dəyişməyən birmənalı siyasətini davam etdirəcəyini əminliklə söylədi. Belə layihənin planlı və mərhələli şəkildə həyata keçiriləcəyini bildirən dövlət başçımız bu imtiyazlı ailələrə daima dövlət qayğısı göstəriləcəyini vurğuldı.

Qalib dövlətin rəhbəri cənab Əliyevin hazırda gərgin iş rejimində çalışması bizə də məlumdur. İşğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi, kommunikasiya xətlərinin çəkilməsi, infrastrukturun bərpası, yenidən qurulması, əhalinin doğma yurdlarına köçürülməsi işləri, digər tərəfdən də şəhid ailələrinə yaxından dəstək olmaq, əlil və veteran döyüşçülərin maddi vəziyyətinin yaxşılaşdırılması və müalicə alması istiqamətində gərgin işlər gedir.

Ölkənin siyasi və iqtisadi baxımdan inkişafı, rəşadətli ordumuzun işğaldan azad etdiyi Qarabağda minalardan təmizlənmə işlərinin aparılmasından, “ağıllı kənd” layihəsindən də bəhs edən prezidentimizin qarşısında duran quruculuq işlərindən böyük həvəslə danışması məndə ölkəmizin daha sürətli inkişafına əminlik yaratdı.

Yürütdüyü siyasətdə ölkənin inkişafı, vətəndaşların rifahını düşünən dövlət başçımız sosial və təhsil məsələlərini əsas prioritet olaraq götürür. Hakimiyyətdə olduğu müddətdə sakini olduğum Sabunçu rayonuna tez-tez gələn, rayondakı quruculuq işlərində; təhsil müəssisələrinin açılmasında, park və meydançaların salınmasında, yaşayış komplekslərinin inşasında yaxından iştirak edən, rayon sakinləri ilə görüşlərində onların problem və qayğılarını diqqətlə dinləyən, səmimi münasibət yaradan prezidentimiz güvən yerimizdir. Hələ 2016-cı ildə rəhbəri olduğum 311 nömrəli məktəbin açılışında şəxsən iştirak edən dövlət başçımızın qayğısını daha yaxından hiss etdim. O vaxt dediyim fikirlərim zamanla özünü doğrultdu: “Sizinlə qürur duyuram, sizə güvənirik, sizi sevirik, sizin arxanızdayıq”.

Sabunçu qəsəbəsi, 311 saylı tam orta məktəbin direktoru

Esmira Muradova

Oxşar xəbərlər