Bu səfərlər torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərir

Bu səfərlər torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərir Prezident İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi indiki məqamda xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı səfər çərçivəsində bir daha düşmən ölkəyə xəbərdərlıq etdi. Bu xabərdarlıq həm də ultimatum xarakterli idi. Zənnimcə, prezident çox açıq şəkildə öz mesajını verdi. Bundan sonra hər şey dəyişəcək. Bölgəmiz inkişaf edəcək. Biz ərazilərimizi qan bahasına aldıq. Bu, çox böyük bir uğurdur, qələbədir. Ümumilikdə deyə bilərəm ki, ölkə başçısının işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi bir daha bu torpaqların əsl sahibinin kim olduğunu göstərdi.

Azərbaycan 28 ildən sonra həm Qarabağı işğaldan azad etdi, həm də Qarabağa getdi, Qarabağa qayıtdı, Qarabağa sahibləndi. Bir daha onun olduğunu və bir daha bundan sonra kimsənin ona sahibindən başqa sahiblənə, yiyələnə bilməyəcəyini göstərdi. Gedişin, qayıdışın, dirçəlişin mübarək, Cəbrayılım, Füzulim, Xudafərinim, Qarabağım, 86,6 min kvadrat kilometrlik Azərbaycanım! Gözün aydın Qarabağ, gözün aydın, Vətən! Bu günləri də gördün, bu günləri də gördük, bu günləri də yaşadıq, bu günləri də yaşatdılar... Bunu bizə yaşadanlar - Ali Baş Komandan və onun şanlı, rəşadətli Ordusu var olsun, min yaşasınlar! 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyinin dünən davamı - növbəti əzəməti, qüruru yaşandı. 28 il öncə o torpaqlardan necə çıxmışdıq, nə müsibətlər, nə bəlalar yaşamışdıq, dünən necə qayıtdıq... Müqayisəyə ölçüyəgəlməzdir. Azərbaycan qalib kimi qayıtdı Qarabağına, Füzulisinə, Cəbrayılına, Xudafərininə! Vəsf etmək üçün sözlər, kəlmələr belə yetmir. Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır...”, - deyir qalib Ali Baş Komandan. Dərhal əlavə edir ki, Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad etdi və bu, əslində düşmənə vurulan son zərbə idi. Ali Baş Komandanın dediyi kimi, təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Səriyyəxanım Səfərova,

7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi

Oxşar xəbərlər