Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında müşavirə keçirildi

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında müşavirə keçirildi Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında vaksinasiya tədbirlərinin həyata keçirilməsinə həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çox mühüm sosial əhəmiyyət daşıyan vaksinasiya tədbirlərinin həyata keçirilməsindən danışarkən, bununla əlaqədar ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırdı. Bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə ilk olaraq 2021-ci il yanvarın 19-dan səhiyyə işçilərinin vaksinləşmə prosesinə start verilib. Mühüm əhəmiyyət daşıyan vaksinasiya prosesi rayonumuzda 20 yanvar 2021-ci il tarixindən başlamışdır. İlk olaraq rayonumuzda da səhiyyə işçilərinin vaksinləşmə prosesi aparılmışdır.
Sonra rayon icra hakimiyyəti başçısı vaksinləşmə prosesinin 08 fevral 2021-ci il tarixindən digər əhali qrupları arasında davam etdiriləcəyini qeyd etdi. Həmçinin yaş qruplarının növbəliyi nəzərə alınmaqla peyvənd olunmaq istəyən şəxslər tərəfindən fevral ayının 5-dən başlayaraq randevu.Its.gov.az internet saytı vasitəsilə onlayn növbə alınmasının təmin edilməlisinin vacibliyini vurğuladı. Bununla əlaqədar ərazilərdə əhali qrupları arasında geniş maarifləndirmə işi aparılmalı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Covid peyvəndi üçün randevu götürülməsi təlimat”ını bütün ərazi nümayəndələrinə çatdırmalı, internetə çıxışı olmayan insanlara köməklik göstərilməsi üçün zəruri tədbirlər görməlidirlər.
Daha sonra rayon icra hakimiyyətinin başçısı R.Bağırov aidiyyəti şəxslərə COVİD-19 pandemiyası ilə əlaqədar kütləvi vaksinasiyaya hazırlıqla bağlı yerlərdə əhali arasında düzgün izahat işlərinin aparılması, əhali kateqoriyalarının daha diqqətlə öyrənilməsi və rayon ərazisində yaşayan tənha şəxslərin müəyyənləşdirilərək bu kompaniyaya cəlb edilməsinə hərtərəfli köməklik göstərilməsi haqda öz tapşırıq və tövsiyələrini verdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial–iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir.Mühüm əhəmiyyətə malik olan və 5 əsas istiqaməti özündə ehtiva edən bu sənəd qarşıdakı 10 ildə-2030-cu ilə qədər olan mərhələdə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, ölkənin dayanıqlı və sürətli sosial-iqtisadi inkişafının təmin edilməsinə, müstəqilliyinin möhkəmləndirilməsinə, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş əsas hədəfləri müəyyənləşdirir. Eyni zamanda, həmin sənəddə azad olunan ərazilərin sosial iqtisadi inkişafı da nəzərdə tutulub ki, bu da öz növbəsində həmin yerlərin inkişafına əvəzsiz töhfələr verəcək. Bu, dövlət tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan növbəti bir addımdır.
Eyni zamanda bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndiril-məsini, insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndiril-məsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.
Müstəqilliyimizin bərpasından keçən 30 illik bir müddət ərzində Azərbaycanın əldə etdiyi uğurlar, son 17 ildə ölkənin sosial-iqtisadi və siyası həyatında əldə edilən naliyyətlər, beynəlxalq nüfuzun artması, şərqlə-qərb, şimalla-cənub arasında mühüm nəqliyyat və logistik mərkəzə çevrilməsi, Xəzərin karbohidrogen ehtiyyatlarının mənimsənilməsi və bu resursların nəqli üçün yaradılmış infrastruktur, Bakı şəhərinin dünyanın qlobal təşəbbüslərinin müzakirə mərkəzinə çevrilməsi və nəhayət ötən ilin sonunda 44 günlük müharibədə əldə edilmiş Zəfər nəticəsində azad edilmiş ərazilərin iqtisadiyyatımıza reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin yaranması imkanları deməyə əsas verir ki, qarşıdakı 10 ildə müəyyənləşdirilmiş prioritetlər və hədəflər uğurlu reallaşdırılacaqdır.
Qeyd olunan prioritetlər Azərbaycanda iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni hədəflərin tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı növbəti onillikdə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməsinə əsaslı zəmin yaradacaq.Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi, bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətimizin qüdrətinin daha da artacağına əminlik yaradır.

Oxşar xəbərlər