
Bu barədə erməni mediası xəbər verib.
Belə ki, bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir, deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.
Sitat: "Günortadan sonra xarici işlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.
Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90% -dən çoxunun türk (azərbaycanlı) olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”
Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.
Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və xarici işlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir…”
Sitatın sonu.
Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az -çox ağlı başında olan elə Paşinyandır…
(musavat.com)