Daha bir gizli işləyən kafe aşkarlandı

Daha bir gizli işləyən kafe aşkarlandı Xızıda polis əməkdaşları axşam saatlarında inzibati ərazilərdə xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

Oxşar xəbərlər