Qağaməli Seyfullayev: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu

Qağaməli Seyfullayev: 2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu Nə yatmısan , qoca vulkan, səninləyəm,

Ayağa dur , Azərbaycan , səninləyəm!

Ruhun şad olsun , əvəzolunmaz şairim , Məmməd Araz!

Qoca Vulkan oyandı! Oyandı , nə oyandı!

Bir yumruğa döndü Azərbaycan. Dəmir bir yumruğa! O möhtəşəm 44 gündə bütün dünyaya milli mənliyini , kimliyini sübut etdi. Etdi ki Koroğlular , Babəklər, Cavanşirlər, Həzilər yurdu sahibsiz deyil, başsız deyil.Bu qədim yurdda İlham Əliyev kimi başçı da var ,baş da. Hələ üstəlik yağı düşmənə qan udduran yüzlərlə , minlərlə şirürəkli oğullar da! Zalımların üzərinə qara bulud kimi çökən nər oğullar! Qanları ilə zəfər tarixi yazan oğullar!

Cabir Novruz necə gözəl demiş;

Millət əzər , əzilər də

Kaş millətdə ruh yaşasın !

Əyri qəddi düzələr də

Kaş millətdə ruh yaşasın!

Siz, təkcə torpaqlarımızı qaytarmadınız. Öləzimiş ruhumuzu , sındırılmış qürurumuzu , tapdalanmış namusumuzu , şərəfimizi qaytardınız!Bizə bizi qaytardınız!

Sevinc, kədər , qürur , təəssüf-bütün hisslər qarışıb bir- birinə.

Sevinirik , qürurdan köksümüz qabarır. Xəzər boyda bayrağımız dalğalanır, Qarabağ ellərində.

Kədərlənirik, qəlbimizdən qara qanlar axır.Gözüyaşlı analar , bacılar , gəlinlər, körpələr, yarımçıq qalan arzular.... Və bəlkə də reallaşan arzular.

Öz toyunda bayrağa bürünüb torpağa tapşırılmaq arzusuna çatan Pəncəlimiz , dastana dönən Xudayarımız , Poladımız, Mübarizimiz , Talehimiz, yüzlərlə , minlərlə nurüzlü şəhidlərimiz! Torpağı qanı ilə suvaran qazilərimiz! SİZ AZƏRBAYCANSINIZ!

“Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev - Müstəqil Azərbaycan Respublikasının vətəndaşı xoşbəxtdir ki, Azərbaycan kimi çiçəklənən ölkədə yaşayır. Onun uzaqgörən və müdrik siyasi lideri vardır. Ölkə başçımız Ulu Öndərin siyasi xəttini davam edərək, Azərbaycan üçün yeni üfüqlər açdı.
Azərbaycan dünya hərb tarixində yeni başlıqla yeni bir dastan yazdı. 2020-ci ilin sonu dünya hərbi tarixində yeni müharibə aparmaq üsulunu məhz Azərbaycan əsgəri yazdı. Məhz Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları ilə müharibə edildi. Bu bir şanlı Azərbaycan Tarixi səhifəsidir.
Azərbaycan əsgəri Dədə Qorqud nəsiyətləri ilə böyüyüb başa çatmışdır. Dədə Qorqud öz nəsihətində Azərə torpağın yurd, vətən olması üçün şərtlərini sadalayır, bu torpağı əkib becərməyi, onu yağılardan qorumağı tapşırır və bildirir ki, “o torpağı ki, qoruya bilmədin, onu əkib-becərməyə dəyməz”
Ömrünü xalq üçün Azərbaycan ölkəsinin inkişafına həsr edən, yorulmadan bunun üçün çalışan Prezident isbat etdi ki, Azərbaycan torpağında iqtisadi inkişaf həmişəki kimi əsas məsələdir və bu torpağın qorunması üçün də Ali Baş Komandan Müzəffər Ordu qurmuş və bütün dünyaya bacarıqlarını nümayiş etdirmişdir.
Təsadüfi deyil ki, Dünya Bankı belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir.
Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Bu hər bir Azərbaycan vətəndaşı üçün fəxr edici məqam olduğu kimi, digər ölkələr üçün nümunədir. Bu gün Azərbaycan regionun lider ölkəsidir.
Azərbaycan bütün dünyaya “günəş kimi parladı”. Bu Ulu Öndər Heydər Əliyevin strateji kursunun istiqaməti idi və buna Ölkə Başçımız cənab İlham Əliyev nail oldu.
2020-ci il Azərbaycan üçün olduqca uğurlu il oldu.
Azərbaycan bundan sonra da çiçəklənəcək, müdrik siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələri fəth edəcəkdir.

Oxşar xəbərlər