Hesablama Palatasına sədr təyin olundu

Hesablama Palatasına sədr təyin olundu Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında məsələyə baxıb.

Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişi məlumat verib.

Komitə sədri Hesablama Palatası sədrliyinə Vüqar Gülməmmədovun namizədliyini irəli sürüb.

Məsələ səsə qoyularaq qəbul edilib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bu etimada görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Oxşar xəbərlər