Siz də tanıyın ! Milli Ordumuzun tibb bacısı- idmançı xanım Musayeva Raifə Əjdər qızı !

Siz də tanıyın !  Milli Ordumuzun tibb bacısı- idmançı xanım Musayeva Raifə Əjdər qızı ! 1985- ci il, avqust ayinin 8- deTovuz rayonunun Duzqiriqli kəndində anada olub. 2002-ci ildə Duzqiriqli kənd orta məktəbini bitirərək 2003-cü ildə Gəncə tibb məktəbinə daxil olmuş, 2005-ci ildə həmin məktəbin " Tibb bacısı ixtisasi" ni bitirmişdir. 2006- ci ildə ailə həyatı qurmuş, Sərxan və Gulay adlı övladları dünyaya gəlmişdir.
2014-cü ildə" Hərbidə sanitar təlimatçı" kursunu bitirən Raifə Musayeva 2014- cü ilin iyun ayında " N" saylı hərbi hissədə tibb məntəqəsində xidmətə başlamışdir. 2018-ci ilin may ayından 701 saylı hərbi hissədə xidmətin davam etdirir.
Mənfur duşmənlərimizin 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı xaincəsinə hücumu zamanı Raifə Musayeva da on cəbhəyə yollanaraq, Goranboy rayonunun Agcakənd qəsəbəsində Xocalı xəstəxanasında və digər bölgələrdə yaralı əsgərlərimizə yorulmaq bilmədən tibbi yardım göstərmişdir.
Hər bir yaralı əsgərə gecə-gündüz qayğı göstərərək vətən qarşısında öz xidməti vəzifəsini şərəflə yerinə yetirən tibb bacısı Raifə xanım doğma Qarabağımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə ölümündən belə qorxmayaraq an təhlükəli nöqtələrdə tibb işçisinə məxsus soyuqqanlılıq və peşəkarlıqla sözün əsl mənasında qəhramanlıq göstərmişdir. Hesab edirik ki, cəsur xanım hərbiçimiz Raifə Musayeva ilə hər birimiz fəxr edə bilərik.
Düşmən üzərində qələbəmizin təmin olunmasında hər bir hərbiçimiz kimi onun da öz payı öz haqqı var!
Raifə Musayeva həm də Milli Ordumuzun sayılıb- seçilən idmançı xanımlarımızdandır. Müxtəlif yarış və marafonlarda inamla çıxış edən idmançımız dəfələrlə qazandığı qələbələrə görə Müdafiə naziri, Generapolkovnik cənab Zakir Həsənov, hərbi hissə komandiri, General-mayor cənab Hikmət Həsənov tərəfindən Fəxri Fermanlar və müxtəlif medallarla təltif olunmuşdur.
Bu gün də Raifə Musayeva öz şərəfli peşəsini şərəflə davam etdirir.
Zennimizcə belə bir xanım hərbicimizlə hər birimizin fəxr etmeyə, öyünməyə haqqımız var !
Raifə xanım bu şərəfli və məsuliyyətli peşənizdə Sizə uğurlar və müvəffəqiyyətlər arzulayırıq !!!!!


[medium=left]http://xeberdar.az/uploads/posts/2020-12/1607666199_861a2b2c-562f-4d8f-924c-77437edb536f.jpg[/medium]
[medium=left]http://xeberdar.az/uploads/posts/2020-12/1607666181_dba772fc-a196-4dda-8b6f-9a1002c17354.jpg[/medium][medium=left]http://xeberdar.az/uploads/posts/2020-12/1607666230_4b78dc14-28ac-434c-95b4-3d9540d910ce.jpg[/medium]
[medium=left]http://xeberdar.az/uploads/posts/2020-12/1607666201_6fe05012-acb7-4616-ae50-cab9c542ae86.jpg[/medium]

Oxşar xəbərlər