
Qeyd olunub ki, vətəndaşların hansı xəstəliyə yoluxması aşkar edilə bilmir. Onlardan “COVID-19” testi götürülsə də, nəticələri neqativ çıxıb.
Həkimlər naməlum xəstəliyin ürək bulantısı, başgicəllənmə və huşunu itirmə kimi simptomlara səbəb olduğunu açıqlayıb. Xüsusilə uşaqlarda göz yanma və qusma şikayətlərinin olduğu bildirilib. Artıq bir nəfər xəstəlikdən həyatını itirib.
Sözügedən insanların yaşadığı bölgələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, xəstəlik su və havanın çirkli olmasından meydana gəlməyib.