Rusiyada 30 minə yaxın insanda təhlükəli virus aşkarlandı

Rusiyada 30 minə yaxın insanda təhlükəli virus aşkarlandı Rusiyada bir gündə koronavirusa 29 039 yoluxma qeydə alınıb.
Bu barədə Koronavirus İnfeksiyasının yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da koronavirusa yoluxanların sayı 2 460 770-ə çatıb.

"Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb", - məlumatda deyilir.

Qeyd edilir ki, bu, sutkalıq rekord göstəricidir.

Oxşar xəbərlər